İspaniya nəhəngi Qerranın klubu ilə danışıqlara başladı

18:21 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Valensiya"nın futbolçusu Xavi Qerra karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Hafta.az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.

Məlumata görə, 23 yaşlı yarımmüdafiəçinin xidmətində "Barselona" maraqlıdır. Kataloniya təmsilçisinin artıq "yarasalar"la danışıqlara başladığı bildirilib.

Qerra ötən mövsüm bütün turnirlərdə 40 matça çıxaraq 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Valensiya" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 25 milyon avro məbləğində dəyərləndirir.